Ərzaqlar:
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
3 x.q kakao
Krem üçün:
6 ədəd yumurtanın sarısı
1 st süd
1 st şəkər tozu
1 x.q un
1/2 paket vanil
200 q kərə yağı
Qlazur üçün:
100 q kərə yağı
1/2 st şəkər tozu
3 x.q xama
4 x.q kakao
Bəzəmək üçün:
Qoz ya da fındıq ləpəsi və xırda şirin bəzəklər
Hazırlanması:
Kremi hazırlamaq üçün: [url=http://resept.az/Demlenmis-krem-7677.html]Dəmlənmiş krem[/url] baxa bilərsiniz.
Qlazuru hazırlamaq üçün: [url=http://resept.az/Qlazur-7679.html]Qlazur[/url] baxa bilərsiniz.
Tortun biskvitini hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpük olanadək çalırıq.
Şəkər tozunu əlavə edib yenə mikserlə çalırıq.
Kakaonu töküb mikserlə çalıb unu əlavə edib qaşıqla qarışdırırıq.
Qaba kağız sərib xəmiri tökürük.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Soyumuş biskvitin üstünə kremın hamısını töküb yayırıq.
Tortun yanlarını qoz, kakos ya da fındıq ləpəsini sürtgəcdən keçirib bəzəyə bilərsiniz. Biz fındıqdan istifadə edib tortun yanlarına tökmüşük.
İlıq qlazuru kremin üstünə töküb tez yayırıq.
Zövqə görə üstünü bəzəyirik. (Bəzəməsək də olar)
Hazır tortu 1-2 saat soyuducuya qoyub saxladıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!