Ərzaqlar:

Xəmir üçün:

3,5 st un

200 q xama

125 q kərə yağı

2/3 st şəkər tozu

1 ədəd yumurta

1 paket qabartma tozu

Ç.q ucunda duz

İç üçün:

15-16 ədəd əncir qurusu

1 nəlbəki qoz ləpəsi

Hazırlanması:

İçliyi hazırlamaq üçün ənciri yuyub qurulayıb ya blenderdən ya da ət maşınından keçiririk. Qozu bıçaqla doğrayıb əncirin üstünə töküb qaqışdırırıq.

Un ilə yumşaq yağı ovuruq.

Qalan ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmirdən qozdan böyük kündələr düzəldirik.

Kündəni oxlovla 0,5 m.m qalınlıqda yayırıq.

İçlikdən qoyuruq.

Bükürük. Bükülən tərəfi alta qoyub düzəldib yumru formaya salırıq.

Qaba yağlı kağız sərib yığırıq.

170-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments