Ərzaqlar:500 q xırda bişirilmiş ekler (hazır satılır), 1 banka qatılaşdırılmış süd, 200 q kərə yağı, 1 paket vanilin və üstünü bəzəmək üçün bəzəklər

Hazırlanması:

Kremi hazırlamaq üçün yağı mikserlə çalırıq. Sonra qatılaşdırılmış südü və vanilini əlavə edib bərkiyib tam qarışanadək çalırıq.Sonra kalka kağızından dürgək (konus) düzəldirik və balaca elkerləri kermə batırıb dürgəyin içinə sıx yığırıq.Sonra alt hissəsini bağlayıb soyuducuda 1 saat saxlayırıq. Sonra çıxardıb bəzəyirik. Zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz.

Nuş olsun!

ekler, ekler tortu necə hazırlanır, yolka tortu

Comments

comments