Ərzaqlar:

(4-6 nəfərlik)

4 ədəd toyuğun döş əti

3 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

2 x.q mayonez

1 x.q tomat

Duz

Istiot

Əlavə olaraq toyuğun döş ətini qızartmq üçün bitki yağı

Zövqə görə göyərti (keşniş,şüyüd, nanə və s)

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Soğanın üstünə düz və əridilmiş kərə yağı əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Tomatı əlavə edib 3 dəqiqə qovururuq.

Sonra mayonezi əlavə edib 3 dəqiqə qovururuq.

Toyuğun döş ətini yarıya bölüb nazik hissələrə ayırırıq. 8 ədəd alınacaq.

Hər birini mətbəx çəkici ilə döyəcləyirik.

Duz və istiot vurub yığırıq. Bu şəkildə hamısını düzəldirik.

Sonra bitki yağında hər iki üzünü qızardırıq.


Qızarılmış döş ətlərini qovrulmuş soğanın içinə düzürük. Vam odda bişməyə qoyuruq.

5 dəqiqə keçir o biri üzünü də çeviririk. Vam odda 20 dəqiqə bişiririk.

Bu yeməyin yanında düyü, püre və s. bişirib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments