Ərzaqlar:

3 l camış qatığı

2 ədəd yumurta

2 x.q un

1/2 st yumru düyü

2 dəstə ispanaq

2 dəstə keşniş

1 dəstə kəvər

1 dəstə kərəviz

1 dəstə şüyüd

1 dəstə nanə

Duz

(Bəzə də dağ keşnişi (çol keşnişi tökülür))

Hazırlanması:

Düyünü təmizləyib yuyub az su töküb bişməyə ocağa qoyuruq.

Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.

Qazana qatığı, yumurtanı və unu töküb setka qaşıqla çalırıq. Qatığın düyürləri qalmamalıdır. Yaxşı qarışdırıb ocağa qoyuruq.

Qaynara düşdükdə əvvəlcə bişmiş düyünü sonra göyərtini tökürük.


Zəif odda bişənədək qarışdırırıq. Hazır olanda duzunu zövqə görə töküb qarışdırıb götürürük.

Dovğamız hazırdır. ( Zövqə görə istəyənlər dovğaya noxud da tökə bilərlər)

Nuş olsun!

Comments

comments