Ərzaqlar:

Xəmir üçün:

3 st un

1 st ilıq su

1 ç.q duz

İç üçün:

250-300 q çəkilmiş dəvə əti

2 ədəd balaca baş soğan

1 x.q narşərab ya 1 ədəd nar

Zirinc

Duz

İstiot

Sumaq

Yağlamaq üçün əridilmiş ya da adi kərə yağı

Yuxaları yaymaq üçün əlavə un

Hazırlanması:

Unu dərin bir qaba ələyib üstünə duz və su töküb qaşıqla qarışdırırıq.

Sonra əlimizlə normal xəmir düzəldirik.

İçliyi hazırlamaq üçün əti soğanla bir ət maşınından keçiririk. Üstünə düz, istiot, narşərab və zövqə görə nar ya da zirinc töküb qarışdırırıq. İçliyimiz hazırdır.

Xəmirdən balaca kündələr düzəldirik (40 q).

Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq.

Yuxanın bir tərəfinə içlikdən qoyub yayırıq. Yuxanın o biri tərəfini qatlayıb yanlarını bərkidirik.


Soba qabına kağız sərib( ya da kağızsız) yığırıq. Üstündən çəngəl ilə 5-6 yerdən düşdəkləyirik. Üzünə az yağ ya da su çəkirik.


Sobanı 170-200 dərəcədə qızdırıb qutabı bişməyə qoyuruq. Üzü qızaranda qutab hazır olacaq. Çorat qutabı təndirdə bişirildikdə daha da ləzzətli olur.

Çıxaran kimi üstünə yağ çəkib üst–üstə yığırıq. Qutabı süfrəyə verdikdə üstünə zövqə görə sumaq səpə bilərsiniz.


Nuş olsun!

Comments

comments