Ərzaqlar:

2 ədəd xiyar, 3 ədəd pomidor, 1 ədəd şirin bibər, 1 ədəd qırmızı baş soğan, 1 balaca dəstə reyhan,keşniş,şüyüd, 2-3 x.q zeytun yağı, duz, istiot

Hazırlanması:

Əvvəlcə bütün tərəvəzləri təmizləyib yuyuruq. Soğanı 4 bölüb nazik doğrayırıq.

Pomidoru xırda doğrayırıq.

Xiyarı 4 bölüb doğrayırıq. (Zövqə görə xiyari qabığını soya da bilərsiniz ya da qabıqlı doğraya bilərsiniz)

Bibəri xırda doğrayırıq.

Göyərtiləri xırda doğrayırıq.

Bütün ərzaqları qarışdırırıq.Yağı əlavə edib zövqə görə duz və istiotunu töküb yaxşı qarışdırırıq.

Nuş olsun!

Comments

comments