Ərzaqlar:
Alt qatı üçün:
1,5 paket eti petit beurre, 150 q kərə yağı
İçliyi üçün:
600 qr labinə pendir, 400 qr krem qaymaq, 3 x.q un, 3 ədəd yumurta, 1 st şəkər tozu, 1 paket vanil
Üstü üçün:
200 q krem qaymaq, 1 paket tund şokalad, 1/2 (yarım) paket ağ şokalad
Hazırlanması:
Qurabiyəni əzib yağı əridib qarışdırırıq.
Diametri 26 sm olan qaba kalka kağızı sərib töküb yayırıq. Üstündən qaşıqla bərkidirik. Qoyuruq soyuducuya və içliyi hazırlayana qədər soyuducuda gözlədirik.İçlii hazırlamaq üçün yumurtadan başqa bütün ərzaqları qaba töküb qaşıqla qarışdırırıq.Yumurtaları da əlavə edib qarışdırırıq.Üstünə tökürük.170 dırəcə qızmış sobada 1 saata bişiririk.İliq olandan sonra 1-2 saat soyuducuya qoyuruq tamam soyuyur.Üstünü bəzəmək üçün kaymağı 1/3-ni bir qaba qalanını bir qaba töküb istidirik. Çox olana tünd şokaladı az olana ağ şokaladı töküb vam odda əridirik. Çizkeyki soyuducudan çıxarıb tünd olanı üstünə töküb yayırıq.Ağ şokalad ilə bəzək salırıq.Yenidən soyuducuya qoyuruq.Bir neçə saatdan sonra yeyə bilərsiniz.Yaxşı olar ki, axşam hazırlayıb qoyasınız sabahı çay süfrəsində ləzzətlə yeyəsiniz.
Nuş olsun!
Çizkek necə hazırlanır, Çizkek hazirlama qaydası