Ərzaqlar:

Biskvit üçün:

4 ədəd yumurta, 4-5 ədəd qoz ləpəsi, 25 q kərə yağı, 3/4(dörtdəüç) st şəkər tozu, 3/4(dörtdəüç) st un

Krem və araları üçün:

400 q mascarpone pendiri, 200 q qaymaq (qatılığı qatı olsun), 4 x.q şəkər tozu, 1 kq çiyələk

Şirə üçün:

1/3(üçdəbir) st su, 1/3(üçdəbir) st şəkər tozu, Ç.q ucunda vanil

Hazırlanması:

Şirəni hazırlayaq. Şəkər tozu ilə suyu qarışdırıb qazın üstünə qoyuruq. Şəkər əriyib qaynamağa başlayan kimi götürürük. Şirəni qoyuruq soyuyur.Biskviti hazırlayaq. Yumurtanı mikserlə çalırıq.Şəkər tozunu əlavə edib qatılaşana qədər çalırıq.Ələnmiş unu az-az əlavə edib taxta qaşıqla qarışdırırıq.Qozu bıçaqla xırda doğrayıb, xəmirə əlavə edib qarışdırırıq.Diametri 26 sm qab götürüb hər yanını yaxşı yağlayırıq.Xəmiri tokürük.180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk. Bişən kimi çıxarmayın sobanı sondürün 5-10 dəqiqə içində qalsın. Sonra çıxarın.İlıq olanda qabdan çıxardırıq.Tamam soyuduqdan sonra bıçaq vasitəsilə iki hissəyə bölürük.Kremi hazırlayaq. Mascarpone pendirini, şəkər tozunu və qaymağı mikserlə çalırıq. Kremimiz hazırdır.Qaba mətbəx sellofanı sərib biskvit layının birini qoyub şirəni qaşıqla hər tərəfinə tokürük. Sonra kremləyirik.Çiyələkləri iki bölüb qabın yanlarına yığırıq.Ortasına çiyələkləri yan-yana düzürük.Kremdən 2-3 x.q üst üçün saxlayıb qalan kremi çiyələklərin ütünə töküb yayırıq.İkinci layı da qoyub kremləyirik. Tortun üstünü zövqə görə bəzəyirik.Ən azı 4-5 saat soyuducuda qaldıqdan sonra qabdan çıxardıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments