
Ərzaqlar:
Xəmir üçün:

1/2 st şəkər tozu
2 ədəd yumurta
100 q kərə yağı
2,5 st un
1 paket vanil
1 paket qabartma tozu
Üstü üçün:
500 q çiyələk
Zövqə görə istəsəniz 1 x.q şəkər kirşanı
Hazırlanması:
Şəkər tozu, vanil və yumşaq kərə yağını qaşıqla qarışdırırıq.

Qarışığa yumurtanı əlavə edib yaxşı qarışdırırıq.

Qabartma tozunu və unu əlavə edib əvvəlcə qaşıqla sonra isə əlimizlə xəmir düzəldirik.

Diametri 26-27 sm olan qab götürüb kərə yağı ilə yağlayırıq.

Xəmiri qaba yayırıq. Çəngəl ilə deşirik.

180 dərəcədə qızdırılmış sobada 15 dəqiqəyə bişiririk.

Çiyələyi təmizləyib yuduqdan sonra doğrayırıq.

Piroqu çıxarıb isti-isti üstünə doğranmış çiyələkləri yığıb yenidən sobaya qoyuruq.
25-30 dəqiqə yenidən bişiririk.


Piroq tamam soyuduqda qabdan çıxarıb üstünə zövqə görə şəkər kirşanı səpirik.

Nuş olsun!






























