Ərzaqlar:

150 q kərə yağı
1 st şəkər pudrası
1 ədəd yumurta
1/2 st duru yağ (qarğıdalı yağı)
1 paket vanil
3 st un
2 x.q kakao
Üzünə fındıq ləpəsi

Hazırlanması:

Yumşaq kərə yağını, duru yağı, vanili və pudra şəkərini töküb qarışdırırıq.

Yumurtanı əlavə edib çalırıq.

Az-az unu töküb qarışdırırıq.

Xəmiri iki yerə bölürük. Birinə kakaonu əlavə edirik.

Sonra əlimiz ilə hər ikisini yumşaq xəmir düzəldirik.

Xəmirdən balaca kündələr düzəldib yayıb iki yerə bölürük.

Hər iki xəmirdən hazırladığımız yarımdairələri üst-üstə qoyub şəkildəki kimi gül formasında düzəldirik.

Soba qabına kalka kağızı sərib yığırıq. Ortasına fındıq ləpəsi qoyuruq.

180 dərəcə qızmış sobada 15 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments