Ərzaqlar:

200 q kərə yağı
1 st şəkər tozu
2 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
3 st un
İçlik üçün:
200 q cem

Hazırlanması:

Yağı əridib soyuduruq.

Üstünə yumurtanı əlavə edib qarışdırırıq.

Şəkər tozunu da əlavə edib qarışdırdıqdan sonra qabartma tozunu, vanili və unu əlavə edib qarışdırırıq.

Yumşaq xəmir alınanadək unu əlavə edib əlimiz ilə yoğururuq.

Xəmirin 1/3 –ni soyuducuya qoyuruq donur.
2/3-ni isə qaba kağız sərib yayırıq.(qabın ölçüsü 35*26 sm)

Cemi xəmirin üstünə yayırıq.

Soyuducudan xəmiri çıxarıb sürtgəcdən keçirib üstünə səpirik.

180-200 dərəcədə 20-25 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra kəsib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments