Ərzaqlar:

1 st şəkər tozu

1 st duru yağ

1 st süd

3 ədəd yumurta

2,5 st un

1 paket qabartma tozu

1 paket karbonat

1 paket vanil

2 x.q tünd kakao

Üstü üçün:

80-100 q tünd şokolad

2 x.q şəkər kirşanı

2 x.q kakao

2 st süd

Hazırlanması:

Əvvəlcə üstü üçün şokaladlı şirəni hazırlayırıq. Ərzaqları qazana töküb qaynadırıq. 10-15 dəqiqə qaynadıb kənara qoyuruq soyuyur.

Şəkər tozu ilə yumurtanı mikserlə çalırıq.

Sonra yağı və südü ardıcıl olaraq töküb mikserlə çalırıq.

Sonra qalan ərzaqları əlavə edib mikserlə çalırıq.

Qabı yağlayıb xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.

İsti biskvitin üstünə ilıq şokoladlı şirəni tökürük.

Şirəni tamam özünə çəkdikdən sonra soyuyanda kəsib üstünü zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.


Nuş olsun!

Comments

comments