Ərzaqlar:

1 l süd

1/2 st şəkər tozu

50 q kərə yağı

15-20 q kərə yağı qabı yağlamaq üçün

3/4 st manna yarması

3 ədəd yumurta

1 ədəd limon

1,5 st böyürtkən ya da moruq

Hazırlanması:

Limonu yuyub sürtgəcin gözündən qabığını keçiririk.

Qazana südü, mannını, şəkər tozunu, yağı və limon qabığını töküb qarışdırırıq.

Qazın üstünə qoyub qatılaşıb qaynayana kimi bişiririk.

Mannı qarışığını qoyuruq soyuyur.

Yumurtanın sarısını mikserlə çalırıq. Çalınmış yumurta sarısını ilıq mannı qarışığına əlavə edib mikserlə çalırıq.

Sonra yumurta ağını bərkiyənədək çalırıq.

Yumurta ağını az-az qarışığa əlav edib qaşıqla qarışdırırıq.

Qabı yağlayırıq.

Qarışığı qaba töküb yayırıq.

Təmizlənim yuyulub suyu süzülmüş böyürtkəni üzünə tökürük.

180 dərəcə qızdırılmış sobada 35 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments