Ərzaqlar:

150 q toyuğun döş əti

2 ədəd yumurta

1 ədəd şirin bibər

50 q holland pendiri

Balaca dəstə göy soğan

2 x.q xama

Duz

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.

Yumurtanı bişirib soyudub uzun doğrayırıq.

Bibəri yuyub təmizləyib nazik uzun doğrayırıq.

Pendiri nazik uzun doğrayırıq.

Soğanı təmizləyib xırda doğrayırıq.

Ərzaqları bir qaba töküb duz səpib qarışdırırıq. Sonra xamanı əlavə edirib qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments