Ərzaqlar:
2 st un
125 q kərə yağı
1 st şəkər tozu
3 yumurta
2 x.q bal
1 paket qabartma tozu
1 paket vanil
1/2 st kişmiş
1/2 st qoz ləpəsi
2 ədəd banan
Hazırlanması:
Yumuşalmış kərə yağı ilə şəkər tozunu qaşıqla qarışdırırıq.
Yumurtanı əlavə edib qarışdırırıq.
Bananı əzib qarışığa əlavə edib qarışdırırıq.
Balı əlavə edib qarışdırırıq.
Qozu əlavə edib qarışdırırıq.
Kişmişi yuyub solfetka ilə quruduruq sonra qarışığa əlavə edib qarışdırırıq.
Vanili və qabartma tozunu əlavə edib qarışdırırıq.
Unu əlavə edib qarışdırırıq.
Qabı yağlayıb xəmiri tökürük.
170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxardırıq.
Zövqə görə üstünə şəkər pudrası səpə bilərsiniz.
Soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!