Ərzaqlar:

Bizkvit üçün:
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
1 paket vanil

Krem üçün: bax [url=http://resept.az/qaymaqli-krem-3-8595.html]qaymaqlı krem 3[/url] ya da [url=http://resept.az/maskarpon-pendiri-ile-qaymaqli-krem-8596.html]maskarpon pendiri ilə qaymaqlı krem[/url]

Araları və üstü üçün
2 ədəd banan
500 q çiyələk

Hazırlanması:

Yumurtanın ağını sarısından ayıqıb bərkiyənədək çalırıq. Sonra üstünə şəkər tozunu əlavə edib çalırıq. Yumurta sarılarını əlavə edib çalıb sonra vanil, qabartma tozu və unu əlavə edib tam qarışanadək qarışdırırıq.
180 dərəcə qızdırılmış sobada 25 dəq bişiririk.

Soyuyandan sonra iki yerə bölürük.

Arasına krem çəkib banan yığırıq.

ikinci layı qoyub kremləyib üstünü çiyələklə bəzəyirik.


Nuş olsun!

Comments

comments