Ərzaqlar:
1 ədəd balıq
5 ədəd balaca baş soğan
1,5 st qoz ləpəsi
3-x.q alça turşusu
Duz
Istiot
Bitki yağı
Hazırlanması:
Soğanın qabığını soyub ət maşınından keçiririk. Tənzifdə sıxıb acı suyunu çıxarırıq.
Qoz ləpəsini sürtgəcli maşından keçiririk.
Soğan, qoz və turşunu qarışdırırıq. Duz və istiot da əlavə edib qarışdırırıq. İçliyimiz hazırdı.
Balığı təmizləyib yuduqdan sonra içini duz, istiot vurub turşulayırıq. Üstünə isə duz və istiot vururuq. (Üstünə turşu vurduqda üstü bişəndə qaralır)
Hazırladığımız içliyi balığın içinə yığırıq.
İçini doldurduqdan sonra sapla tikirik. (Çöplə də bağlamaq olar) Balığın hər tərəfini yağlayırıq.
Soba qabını yağlayıb balığı qoyuruq.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Balıq ləvənğisini süfrəyə verdikdə yanında müxtəlif növ turşular qoyulur.
Nuş olsun!