Ərzaqlar:

500 q qoyun əti, 3 ədəd baş soğan, 2 x.q əridilmiş kərə yağı, 1/2 ç.q zəfəran, keşniş, şüyüd, duz

Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.Qoyun ətini balaca ölçüdə doğrayırıq. Əti duzlayırıq.Yağda qovururuq.Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.Soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.Qovrulmuş ətin üstünə soğanı əlavə edib zəfəran suyunu töküb vam odda yağa düşənə qədər bişiririk. Suyu tez çəkilsə ət bişməsə əlavə su tökə bilərsiniz.Yemək hazır olanda suyu olmamalıdır.Hazır yeməyi süfrəyə verdikdə üstünə keşniş ilə şüyüdü təmizləyib yuyub xırda doğrayıb tökürük.

Nuş olsun!

Qovurma, qovurma necə hazırlanır, ət, ətli yemək, qovurmalar, milli qovurma, 

Comments

comments