(Şuşa mətbəxi)

Ərzaqlar:


4 st ət suyu ya da su
1/2 st yumru düyü
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
10-12 ədəd zoğal axtası ya da təzə (təzə alça da götürə bilərsiniz)
1 dəstə dağ keşnişi
1 dəstə şüyüd
1 dəstə kəvər
Yarım dəstə cəfəri
Yarım dəstə nanə
Duz
Istiot

Hazırlanması:

Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Üstünə yağı və duzu əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra suyu ya da ət suyunu əlavə edirik.

Qaynamağa başlayanda düyünü təmizləyib yuyub tökürük.

Düyü bişdikdən sonra doğranmış göyü tökürük.

3-5 dəqiqə bişdikdən sonra zoğalı əlavə edirik.

Su ilə bişirdikdə dadlı olmasını istəyirsinizsə içinə bir tabletka hazır bulyon əlavə edə bilərsiniz. Zövqə görə duz və istiotunu əlavə edib 2-3 dəqiqə də bişirib götürürük.

Nuş olsun!

Comments

comments