Ərzaqlar:

1 st duru yağ

1 st süd

1 st şəkər tozu

4 ədəd yumurta

2 st un

1 paket qabartma tozu

1 paket vanil

2 x.q kakao

Hazırlanması:

Yumurta ilə şəkər tozunu ağaranadək çalırıq.

Sonra üstünə süd ilə yağı əlavə edib yenə çalırıq.

Qabartma tozunu, vanili və unu əlavə edib tam həll olanadək çalırıq.

Xəmiri iki yerə bölürük.

Birinin üstünə kakaonu əlavə edib çalırıq.

Balaca qabları götürürük. Birinci kakaosuz xəmirdən 1 x.q tökürük. Sonra kakaolu xəmirdən 1 x.q tökürük. Yenə təkrarlayırıq. Sonra çöplə istədiyimiz naxışı veririk.(İstədiyiniz ölçülü qabda bişirə bilərsiniz.)




Bu şəkildə xəmir qurtaranadək qablara yığırıq.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.



Nuş olsun!

Comments

comments