Ərzaqlar:
3 ədəd tər xiyar
6-7 ədəd turp
2 ədəd yumurta
1 ədəd kahı
Balaca dəstə şüyüd
3-4 x.q xama
Duz
Istiot
Hazırlanması:
Yumurtanı suda bərk olanadək bişiririk. Soyuduqdan sonra təmizləyib dörd yerə bölürük.
Xiyarı yuduqdan sonra qabığını soyub halqa doğrayırıq.
Turpu təmizləyib yuyub halqa doğrayırıq.
Bir qabda xiyarı, turpu və şüyüdü təmizləyib yuyub doğrayıb qarışdırırıq.
Duz, istiot və xamanı əlavə edib yenə qarışdırırıq.
Kahi yarpaqlarını yuduqdan sonra əlimizlə kiçik hissələrə bölüb düz qab düzürük.
Qarışdırdığımız salatı kahının üstünə tökürük və kəsilmiş yumurtaları düzürük.Yumurtaların üstünə zövqə görə duz səpirik. Salatımız hazırdır.
Nuş olsun!