Ərzaqlar:

3 ədəd böyük badımcan

5 ədəd pomidor

100 q hollan pendiri

2 diş sarımsaq

5-6 x.q zeytun yağı

Duz

Istiot

Hazırlanması:

Badımcanın qabığını soyun iki bölüb nazik uzun doğrayırıq. Duzlayıb 10-15 dəqəqə saxlayırıq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Doğranmış pomidoru tavaya töküb 5 dəqiqə qovururuq. Sarımsağı xırda doğrayıb pomidorun üstünə əlavə edirik.

Duz və istiotunu töküb 5 dəqiqə də qovurub götürürük.

Badımcanı sıxıb acı suyunu çıxardırıq. Sonra su ilə yuyub yenidən sıxırıq.

Üstünə az duz əlavə edib tavada yağda hər iki üzünü qızardırıq.

Qaba əvvəlcə badımcanın yarısını düzürük.

Sonra pomidorun yarısını töküb yayırıq.

Pendiri sürtgəcin gözündən keçiririk.

Pendirin yarısını pomidorun üstünə səpirik.

Yenə qalan badımcanı düzürük.

Qalan pomidoru badımcanın üstünə yayıb pendirin qalanını səpirik.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments