Ərzaqlar:
Biskvit üçün:
12 ədəd yumurta, 2 st şəkər tozu, 2 st un, 2 x.q buğda nişastası, 1 paket vanil (zövqə görə)
Krem və bəzək üçün:
2 banka qatılaşdırılmış süd, 400-450 q kərə yağı, 1/2 (yarım) paket vanil, qida boyaları(qırmızı, göy və yaşıl), qovrulmuş qoz ləpəsi, 200 q şokolad
Qeyd: Zövqə görə istəsəniz biskvitləri şirə ilə islada bilərsiniz. Bunun üçün tort üçün şirə baxa bilərsiniz.
Hazırlanması:
Bu tortu hazırlamaq üçün iki biskvit hazırlayiriq. Hər bir biskvitə 6 ədəd yumurta, 1 st şəkər tozu,1 st un, 1 x.q nişasta və 1/2 paket vanil istifadə edirik. Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.Sonra vanili və şəkər tozunu az-az əlavə edib yenə tam bərkiyənədək çalırıq.
Yumurta sarılarını əlavə edib yenə şalırıq.Un ilə nişastanı qarışdırıb ələyirik. Un qarışığını yumurta qarışığına əlavə edib qaşıqla qarışdırırıq.
Qaba kağız sərib xəmiri töküb yayırıq. Qabın diametri 35×25 sm
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Hər iki layı bişirdikdən sonra qoyuruq tamam soyuyur. Hər bir biskvit layını iki hissəyə bölürük. Kremi hazırlamaq üçün yağı mikserlə çalırıq. Sonra qatılaşdırılmış südü və vanili əlavə edib yenə hazır olanadək mikserlə çalırıq.
Əvvəlcə layların arasına krem çəkib, doğranmış qoz ləpəsi səpib üst üstə yığırıq. Tortun üstünə və yanlarını kremləyirik. Üstünə kiremi az vururuq.
Tortun üstünü eyni bərabər üç yerə bölürük. Bıçaqla ay və ulduzun yerlərini qoyuruq. Ortasına kremlə şpris vasitəsi ilə xırda gül naxışı ilə ay və ulduz qoyuruq.
Qalan kremi üç yerə bölüb üç rəngdən ayrı-ayrı töküb qarışdırırıq. Rənglənmiş kremləri şpris vasitəsi ilə xırda gül formasında naxışla naxışlayırıq.
Tortun yanlarına şokalatdan hazırlanmış buta naxışı düzürük. Naxışı düzəltmək üçün şokoladla hazırlanan naxışlar baxa bilərsiniz.
Zövqə görə bu tortu istədiyiniz kimi bəzəyə bilərsiniz.
Nuş olsun!
tort necə hazırlanır, tort naxışları, şokoladlı tort naxışları hazırlamaq