Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
Xəmir üçün:
4 st un
1ç.q duz
Aparana qədər ilıq su
İçlik üçün:
500 q balqabaq
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 ədəd nar
Darçın
Duz
Qızartmaq üçün bitki ya da kərə yağı
Hazırlanması:
Balqabağın qabığını soyduqdan yuyub xırda dördkünc doğrayırıq.
Az su töküb öz buğunda püre şəklinə düşənə qədər bişiririk.
Soğanı xırda doğrayırıq.
Yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.
Sonra balqabağı əlavə edib qovururuq. Narı dənələyirik. Onu da içliyə əlavə edib 5-10 dəqiqə qovururuq.
İçliyə zövqə görə duz, istiot və darçın töküb qarışdırırıq. Tamam suyu çəkilənə qədər qovurub götürürük. Sonra qaba boşaldırıq soyuyur.
Una su duz töküb əvvəlcə qaşıqla qarışdırırıq sonra normal xəmir yoğururuq.
Xəmiri 6 hissəyə bölüb kündələyirik.
Adi qaydada nazik yuxa yayırıq. Üstünə kasa qoyub dairəvi kəsirik.
Dairələrin bir tərəfinə içlikdən qoyuruq.
Qatlayıb yanlarını bərkidirik. Bu şəkildə hamısını düzəldirik.
Hazır qutabları əvvəlcə sacda ya da tavada bişiririk. Süfrəyə verildikdə yağda qızardırıq.
Nuş olsun!