(4 nəfərlik)

Ərzaqlar:

500 q toyuğun döş əti
100 q pendir
2 ədəd kahı
1/2 (yarım) çörək
1 diş sarımsaq
3 x.q zeytun yağı
Duz
İstiot

Sosu üçün
2 yumurta sarısı
5 x.q zeytun yağı
3 x.q limon suyu
2 diş sarımsaq
1 ç.q xardal
Duz

Hazırlanması:

Çörəyi şəkildəki kimi doğrayırıq.

Sarımsağı əzib yağa töküb qarışdırırıq.

Qarışığı doğranmış çörəyin üstünə əlavə edib qarışdırırıq.

Soba qabına kalka kağızı sərib 180 dərəcə qızmış sobada 20 dəqiqəyə qızardırıq.
Qoyuruq bir kənara soyuyur.

Toyuğun döş ətini təmizləyib yuyub duz və istiot vururuq.
Qızmış tavaya yağı töküb qızdırıb döş ətini qoyub hər iki üçünü qızardırıq.

Sosu hazırlamaq üçün ərzaqları bir qaba töküb qarışdırırıq.

Kahını təmizləyib yuyuruq suyu çəkilir. Qaba kahını kiçik hissələrə bölüb yığırıq.

Qızarmış çörəkləri tökürük.

Qızarmış döş ətini doğrayırıq.

Kahının üstünə yığırıq.

Şirəni əlavə edib pendiri sürtgəcdən keçirib tökürük.

Pomidoru iki bölüb düzürük. Üstünə az duz səpib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments