Ərzaqlar:
1 st arpa yarması
300 q ət
2 ədəd kartof
1 ədəd soğan
1 ədəd kök
1 ədəd pomidor
1 ədəd şirin bibər
1/3 ç.q sarıkök
4-5 x.q zeytun yağı
1 balaca dəstə keşniş
Duz
Istiot
Hazırlanması:
Arpa yarmasını axşamdan suda islağa qoyuruq.
Sümüksüz əti xırda doğrayırıq.
Soğanı, kartofu və kökü təmizləyib yuduqdan sonra doğrayırıq.
Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq. Şirin bibəri də təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Qazanda yağı qızdırıb əti əlavə edib 10-15 qovururuq.
Sonra ətin üstünə doğranmış soğanı əlavə edib 5 dəqiqə qovurub sarıkök əlavə edirik.
Pomidoru, bibəri və kökü əlavə edib qovururuq.
Üstünə 6 stəkan su əlavə edirik. Su qaynamağa başlayanda kartofu və arpa yarmasını tökürük. Zövqə görə duz və istiotunu vururuq.
Tərəvəzlər və arpa yarması bişdikdə şorbamız hazır olacaq.
Şorbanı süfrəyə verdikdə keşnişi doğrayıb üstünə tökürük.
Nuş olsun!