Ərzaqlar:
1 ədəd alma
1ədəd kök
50 q qoz ləpəsi
3 ədəd yumurta
1st şəkər tozu
1/2 st duru yağ
2 st un
1 paket qabartma tozu
1 x.q darçın
Hazırlanması:
Şəkər tozu ilə yumurtanı ağaranadək çalırıq.
Sonra yağı əlavə edib yenə çalırıq.
Alma ilə kökü təmizləyib yuyub sürtgəcdən keçirib üstünə əlavə edib çalırıq.
Sonra qabartma tozunu və darçını töküb çalırıq.
Unu əlavə edib çalırıq.
Qozu bıçaqla doğrayıb əlavə edib qarışdırırıq.
Qablara tökürük.(10 ədəd alınır)
180 dərəcə qızdırılmış sobada 35 dəqiqəyə bişiririk.
Nuş olsun!