Ərzaqlar:

4 ədəd yumurta

1 st şəkər tozu

3/4 st un

1/3 st nişasta

3-4 ədəd [url=http://resept.az/Alma-7828.html]alma[/url]

1 paket vanil

1 x.q kərə yağı

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb bərkiyənədək mikserlə çalırıq.

Şəkər tozunu az-az töküb yenə çalırıq.

Yumurta sarılarını əlavə edib çalırıq.

Un ilə nişastanı qarışdırıb ələyirik. Sonra qarışığa vanili və un qarışığını əlavə edib qarışdırırıq.

Almaları yuyub qabığını soyub nazik dilimləyirik.

Qaba (diametri 26 sm) kağız sərib yağlayırıq. (Falqa ya da kalka kağızı)

Dilimlədiyimiz almaları qaba düzürük. (Zövqə görə istədiyiniz kimi düzə bilərsiniz.)

Almanı düzdükdən sonra xəmiri almanın üstünə töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk. (Üzü tamam qızardıqda bişmiş olacaq) Bişmiş biskviti ilıq olanda çevirib qaba qoyuruq.

Tamam soyuduqdan sonra üstünə zövqə görə istəsəniz şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments