Ərzaqlar:

2 ədəd yumurta
250 q kərə yağı
1 st şəkər pudrası
2 st buğda nişastası
1 paket qabartma tozu
1 paket vanil
Aparanadək un(3,5 st təqribi)
2 x.q kakao
İçlik üçün:
6-7 x.q alma çemi
Bir ovuc qovrulmuş qoz ləpəsi

Hazırlanması:

İçlik üçün qozu bıçaqla doğrayıb cemin üstünə töküb qarışdırırıq. İçlik hazırdı.

Şəkər pudrasını, nişastanı, qabartma tozunu, vanili bir dərin qaba töküb qarışdırırıq.

Yumşaq yağı əlavə edib əlimiz ilə ovuruq.

Sonra yumurtanı əlavə edib qarışdırırıq.

Unu az-az əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmirdən az götürüb üstünə kakaonu əlavə edib xəmiri yoğururuq.



Kakaosuz xəmirdən balaca kündələr qoz boyda hazırlayırıq.


Kakaolu xəmirdən isə lent üçün uzun xəmir düzəldirik.


Kündələrdən birini götürüb içini açırıq.


Sonra içlikdən 1/2 ç.q qoyub şəkildəki kimi bükürük.


Hazır olduqda kakaolu xəmiri az yayıb lent şəklinə salıb boğaz hissəsinə yapışdırırıq.


Bu şəkildə hamısını hazırlayırıq.Soba qabına kağız qoyub yığırıq.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Nuş olsun!

Comments

comments