Ərzaqlar:
200 q xama
250 q kərə yağı
4 st un
1 st şəkər tozu
1 paket qabartma tozu
İç üçün:
500 q tumu çıxarılmış albalı (konserv olunmuş ya da təzə)
4 x.q kartof nişastası
Krem üçün:
400 q krem pendir
200 q qaymaq
4-5 x.q şəkər tozu
Bəzək üçün:
Şokolad, qoz ya da fındıq ləpəsi.
Hazırlanması:
Kremi hazırlamaq üçün: [url=http://resept.az/Pendirli-krem-6048.html]Pendirli krem[/url] baxa bilərsiniz.
Xəmiri hazırlamaq üçün yağ ilə şəkər tozunu qarışdırırıq. Sonra xamanı və qabartma tozunu əlavə edib yenə qarışdırırıq. Unu töküb qarışdırırıq.
Qarışığı əlimizlə yumşaq xəmir düzəldirik. Xəmiri 2 saat soyuducuda saxlayırıq.
Sonra xəmirdən 17 ədəd balaca kündə düzəldirik.
Kündənin birini nazik uzun yayıb gilası nişastaya batırıb xəmirin üstünə yan-yana düzürük. Yanları birləşdirib ağzını bağlayırıq.
Bu şəkildə bütün kündələri hazırlayırıq. Qaba kağız sərib aralı yan-yana yığırıq.
180 dərəcədə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.
Tamam soyuduqdan sonra əvvəlcə 5 ədəd qoyub kremləyirik.
Sonra hər dəfə 4 ədəd qoyaraq kremləyirik. Sonra yanlarını da kremləyirik.
Zövqə görə bəzəyirik. Şokoladı sürtgəcdən keçirib üstünə və yanlarına tökürük.( İstəsəniz aralarına qoz ləpəsi də tökə bilərsiniz.)
Fındıq ya da qoz ləpəsini də sürtgəcdən keçirib tortun üstünə səpirik.
Nuş olsun!