Ərzaqlar:


Xəmir üçün:

2 st un
100 q kərə yağı
1 ədəd yumurta
4 x.q şəkər tozu
1 paket qabartma tozu
1 çimdik duz

İçlik üçün:

300-400 q albalı
1 x.q nişasta
3 x.q şəkər tozu

Hazırlanması:

Un ilə yağı ovuruq.

Üstünə qabartma tozunu və şəkər tozunu töküb qarışdırırıq.

Sonra yumurtanı əlavə edib ovuruq. Qoyuruq bir kənara.

Albalının tumunu çıxarıb suyunu süzüb nişasta və şəkər tozu ilə qarışdırırıq.

Diametri 26 sm qab götürüb, yağlayıb ovuntunun 2/3 hissəsini qaba töküb yayırıq. Kənardan 3 sm ovuntunu qaldırırıq.


Albalını tökürük.

Sonra qalan ovuntunu üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments