Ərzaqlar:
2 st un
100 q kərə yağı
1/2 st şəkər tozu
4 ədəd yumurtanın sarısı
İç üçün:
400 q kəsmik
4 ədəd yumurta ağı
1/2 st şəkər tozu+ 2 x.q şəkər tozu
300 q albalı (təzə ya da dondurulmuş)
Hazırlanması:
Yumşalmış kərə yağı ilə şəkər tozunu qarışdırırıq.
Yumurtanın sarısını əlavə edib qarışdırırıq.
Unu əlavə edib yumşaq xəmir düzəldirik.
Xəmiri diametri 25-26 sm olan qaba yayırıq. Xəmir qabın kənarlarından 2 sm hündürlükdə olmalıdır. İçliyimızı hazırlayana qədər xəmiri soyuducuya qoyuruq.
Kəsmiyi çəngəl ilə əzib şəkər tozunu əlavə edib qarışdırırıq.
Yumurtanın ağını bərkiyənədək çalırıq.
Yumurta ağını kəsmiyin üstünə əlavə edib asta-asta qarışdırırıq.
Albalının tumunu çıxardıb suyunu süzürük. Sonra üstünə 2 x.q şəkər tozunu əlavə edib qarışdırırıq.
Xəmirin üstünə əvvəlcə albalını tökürük.
Albalının üstünə kəsmikli qarışığı töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Piroq bişdikdən sonra sobanı söndürün bir az içində qalsın.
İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!