Ərzaqlar

200 qr toyuğun döş əti

150-200 qr ağ pendir

1 ədəd tər xiyar

1 ədəd pomidor

1 ədəd kahı

Keşniş, şüyüd, göy soğan, reyhan

Xama ya da moyanez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq.

Pendiri xırda doğrayırıq.

Pomidoru xırda doğrayırıq.

Xiyarı dörd künc doğrayırıq.

Göyərtiləri xırda doğrayırıq.

Kahını əlimizlə xırdalayırıq.

Ərzaqların hamısını bir qaba töküb qarışdırırıq.

Xama ilə ya da mayonezlə qarışdırırıq.

Zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments