Ərzaqlar:350 q xama, 50 q kərə yağı, 2 x.q duru yağ(qarğıdalı yağı), 2 ədəd yumurta, 1 ç.q duz, 1 paket qabartma tozu (15q), 3,5 st un

İçlik üçün:

300 q çəkilmiş ət, 1 ədəd baş soğan, 2 x.q əridilmiş kərə yağı, duz, istiot, qızartmaq üçün duru yağ (qarğıdalı yağı)

Hazırlanması:

İçlik üçün adi qaydada qiyməni bişirib hazırlayırıq. Xəmir üçün undan başqa bütün ərzaqları bir qaba töküb qarışdırırıq. Kərə yağını əridib tökürük.Sonra bu qarışığın üstünə az-az undan əlavə edib qarışdırırıq. Əlimiz ilə yumşaq xəmir düzəldirik.Xəmirdən kəsib 25 kündə düzəldirik. Sonra əlimiz ilə ya da oxlov vasitəsi ilə 0,5 sm qalınlıqda yayırıq. İçlikdən qoyub şəkildəki kimi bükürük.Bütün kündələri bu şəkildə hazırlayırıq. Tavada yağı qızdırıb qızartmağa başlayırıq.Hər iki üzünü qızardırıq. İsti -isti ya da soyuq süfrəyə verə bilərsiniz. Nuş olsun!

Pesashki, peraski, qutab, peraşki resepti, ətli qutab, ətli peraşki, 

Comments

comments