Ərzaqlar:
(10 qram olmaqla 40 ədəd top alınır)
2 banan, 30 q qovrulmuş fındıq ləpəsi, 30 q qovrulmuş qoz ləpəsi, 1 paket qurabiyə, müxtəlif bəzəklər
Hazırlanması:
Qurabiyəni blenderdə əzirik.


Bananı da blenderdə əzirik.


Ləpələri də blenderdə əzirik.

Hamısını bir qabda qarışdırırıq. Soyuducuya qoyuruq.


Sonra 10 q olan toplar düzəldirik.


Topları müxtəlif bəzəklərə batırıb qaba yığırıq.


Nuş olsun.






























