Ərzaqlar:
Biskvit üçün:
12 ədəd yumurta, 2 st şəkər tozu, 2 st un, 2 paket vanil
Krem üçün:
200 qr pəhriz kəsmik, 1 st şəkər tozu, 200 q krem qaymaq, 1 paket vanil
Üstü və araları üçün:
Moruq
Hazırlanması:
Biskviti hazırlamaq üçün: tort üçün biskvit baxa bilərsiniz.
Moruğu təmizləyib yuyuruq. Süzgəcə qoyuruq suyu süzülür.Kremi hazırlamaq üçün: kəsmikli qaymaqlı krem baxa bilərsiniz. Tort üçün iki biskviti bişirdikdən sonra soyumağa qoyuruq. Tamam soyuduqdan sonra hər ikisini iki yerə bölürük. Layların arasına krem çəkib moruqdan yığırıq. Üstünü və yanlarını kremləyirik. Yanlarını biskvitin qirintılarını vururuq.Üstünə moruq yığırıq.
Nuş olsun!