Ərzaqlar:

Ovxantı üçün:
2,5 st un
200 qr yağ
1/2 st (yarım st.) şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu

İçliyi üçün:
400 q pəhriz kəsmik
1/2 st şəkər tozu
2 ədəd yumurta
1 ədəd limonun qabığı

Hazırlanması:

Yağı sürtgəcdən keçirib qabartma tozu, vanil və un ilə ovuruq.

Şəkər tozunu əlavə edib qarışdırırıq.

Ovxantının yarısını qaba kağız qoyub tökürük.

İçlik üçün olan ərzaqları bir qaba töküb mikser ilə çalırıq.

İçliyi ovxantının üstünə töküb yayırıq.

Qalan ovxantını içliyin üstünə töküb yayırıq.

170-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonar kəsib çay süfrəsinə veririk.

Nuş olsun!

Comments

comments