(Türk mətbəxi)

Ərzaqlar:

20 ədəd paxlavalıq yuxa
250 q kərə yağı
2 st çəkilmiş qoz ya da fındıq ləpəsi

Şərbət üçün
2 st su
2 st şəkər tozu

Hazırlanması:

Yağı əridib qoyuruq soyuyur.
Şərbəti hazırlamaq üçün şəkər tozu ilə suyu bir qazana töküb ocağa qoyuruq.
Qaynamağa başlayanda 5 dəqiqə kimi qaynadıb ocaqdan götürürük.

Yuxanı iki yerə bölürük.

Yarı yuxa alt qata yarı yuxa üst qata istifadə edirik.
Sonra qabı yağlayıb birinci yuxanı səririk. Yağlayırıq.

İkinci layı da eyni qayda ilə yağlayırıq.
Yuxanın yarısı bu qayda yağlanıb üst –üstə yığıldıqdan sonra qoz və ya fındıq ləpəsini tökürük.

Yenidən qalan yuxanı bir-bir sərib yağlayıb üst-üstə yığırıq.
Qalan yağı da üstünə töküb yayırıq.

Bıçaq vasitəsi ilə kəsirik

200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Çıxaran kimi şərbəti üstünə tökürük.

Tamam soyuduqdan sonra çay süfrəsinə veririk.

Nuş olsun!

Comments

comments