(Türk mətbəxi)
Ərzaqlar:
12 ədəd paxlavalıq yuxa
150 q kərə yağı
Mühəlləbisi üçün:
1 ədəd yumurta sarısı
2 x.q un
2 x.q buğda nişastası
3 x.q şəkər tozu
2,5 st süd
Şərbət üçün:
1 st şəkər tozu
1 st su
Hazırlanması:
Mühəlləbini bişirmək üçün ərzaqları qazana töküb ocağa qoyuruq. Dayanmadan qarışdıra-qarışdıra bişiririk. Qatılaşanda 5 dəqiqə kimi qarışdırıb götürürük.
Qoyuruq soyuyur.
Şərbəti hazırlamaq üçün şəkər tozu ilə suyu qazana töküb ocağa qoyuruq. Qarışdırırıq. Qaynamağa başlayanda 5 dəqiqə kimi qaynadəb götürürük.
Yağı əridirik. Qoyuruq soyuyur.
Yuxaları iki yerə bölürük.
12 ədəd yuxaları alt qata aralarını tək-tək yağlayıb yığırıq.
Sonra mühəlləbini tökürük.
Qalan 12 yuxanı da eyni qayda ilə yağlayıb üst-üstə yığırıq.
Qalan yağı üstünə tökürük.
Bıçaqla şəkildəki kimi kəsirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Sobadan çıxardırıq.
İlıq olanda üstünə soyuq şərbəti tökürük.
Yaxşı olar ki axşamdan hazırlayıb soyuducuya qoyub sabahı yeyəsiniz.
Nuş olsun!