Ərzaqlar:
1 st qatıq
1 st şəkər tozu
3 ədəd yumurta
3 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil
2 st un
Hazırlanması:
Yumurtanı bir qaba töküb ağaranadək çalırıq.
Sonra üstünə şəkər tozunu əlavə edib tam qarışanadək çalırıq.
Qatığı əlavə edib çalırıq.
Sonra qabartma tozunu, vanili və unu əlavə edib çalırıq.
Xəmiri iki yerə bölüb birinə kakaonu töküb çalırıq.
Diametri 26 sm olan qaba kağız sərib sıra ilə hər iki xəmirdən iki qaşıq tökürük.
180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk. Tam bişməsinə əmin olmaq üçün çöplə yoxlayırıq.
Soyuduqdan sonra kəsib çay süfrəsinə veririk.
Nuş olsun!