

Ərzaqlar:

½ banka qatılaşdırılmış süd
50 q qoz ləpəsi
50 q qara kişmiş
50 q tünd şokalad
Üstü üçün:
200 q krem qaymaq
190 q tünd şokalad
Hazırlanması:
Əvvəlcə qurabiyəni əlimiz ilə xırdalayırıq. Kişmişi yuyuruq. Qoz ləpəsini bıçaqla doğrayırıq.

Qatılaşdırılmış südü qazana töküb istidirik. 50 q şokaladı da töküb əriyənədək qarışdırırıq.
Sonra içinə qozu, qurabiyəni və kişmişi əlavə edib yaxşı qarışdırırıq.


Qarışığı diametri 24-26 sm qaba kağız töküb içinə əlavə edib yayırıq.

Qaymaq ilə şokaladı ocağın üstündə əriyənədək qarışdırırıq.

Sonra üstünə töküb yayırıq.

Zövqə görə bəzəyib soyuducuya qoyuruq.

Sonra çay süfrəsinə kəsib veririk.

Nuş olsun!






























