
Ərzaqlar:

4 ədəd yumurta
1 st un
1 st süd ya su
Bir çimdik duz
100 q kərə yağı
Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz
Hazırlanması:
Suyu ya südü qazana töküb istidirik. Duz və yağı əlavə edirik.

Yağ əriyəndə unu əlavə edib tez qarışdırırıq.
3 dəqiqə kimi vam odun üstündə qarışdırıb götürürük.

İlıq olanda yumurtaları qarışdırırıq.


Hazır xəmiri şəkildəki formada tökürük.

200 dərəcə qızmış sobada qızaranadək bişiririk.

Soyuyandan sonra içinə krem qoyub bəzəyirik.


Nuş olsun!






























