Ərzaqlar:
400 q labnə pendiri
1 paket krem qaymaq
1 st şəkər tozu
3 x.q nişasta
4 ədəd yumurta
1 paket vanil
185 q qrabiyə
125 q kərə yağı
Sos üçün:
1 paket qaymaq
50 q tünd şokalad
50 q ağ şokalad
Hazırlanması:
Qurabiyəni əzirik.Sonra yağı əridib üstünə töküb qarışdırırıq.
Qaba kalka kağızı sərib qarışığı töküb yayırıq. Hazır olduqda soyuducuya qoyuruq.
Labnə pendirini, krem qaymağı, şəkər tozunu, vanili və nişastanı qaba töküb mikserlə çalırıq.
Sonra yumurtaları əlavə edib tam qarışanadək çalırıq.
Soyuducudan qabı çıxarıb hazırladığımız qarışığı töküb yayırıq.
170-160 dərəcə qızmış sobada 1 saata bişiririk.
Bişdikdən sonra çıxardırıq qoyuruq soyuyur. Soyuduqdan sonra soyuducuya qoyuruq.Qaymağı iki yerə bölüb isidirik. Şokaladları əlavə edib əridib qarışdırıb götürürük.
Zebra keksində olduğu kimi şokaladları töküb çizkekin üstünü bəzəyirik.
Yenidən soyuducuya qoyuruq.
Qabdan çıxarıb kəsib süfrəyə veririk.
Yaxşı olar ki, axşamdan hazırlayasınız səhər isə çay süfrəsinə verəsiniz.
Nuş olsun!