Ərzaqlar:
3 ədəd yumurta
1 st şəkər tozu
1 st süd
½ st duru yağ
3 x.q şokolad kremi (şokolad yağı)
25 q kakao
1paket qabartma tozu
1 paket vanil
2 st un
Hazırlanması:
Yumurta ilə şəkər tozunu ağaranadək çalırıq.
Yağı sonra südü əlavə edib tam qarışanadək çalırıq.
Sonra şokolad kremini əlavə edib çalırıq.
Qabartma tozunu, kakaonu, vanili və unu əlavə edib hazır olanadək çalırıq.
Keks qabını yağlayıb xəmiri tökürük.
180 dərəcə qızmış sobada 45-50 dəqiqəyə bişiririk.
Nuş olsun!