Ərzaqlar:

200 q kərə yağı
200 q xama
1,5 st şəkər tozu
3 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu
Bir çimdik duz
Un aparanadək (6 st)

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə qarışdırırıq.

Yumurtaları əlavə edib çalırıq.

Xamanı əlavə edib çalırıq.

Bir çımdik duzu, vanili, qabartma tozunu və unu əlavə edib çalıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmiri iki hissəyə bölüb birini götürüb altına az un səpib qalınlığı ~ 1,5 sm olmaqla yayıb kəsirik.

Soba qabına kalka kağızı sərib yığırıq.

200 dərəcə qızmış sobada 15 dəqiqə bişiririk.

Nuş olsun!

Comments

comments