Ərzaqlar:500 q brokoli, 1 ədəd kök, 1 ədəd kartof, 1 ədəd baş soğan, 1 paket krem qaymaq, 2 x.q un, 2 x.q əridilmiş kərə yağı, duz, istiot, su (ət ya da toyuq suyu)

Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq. Sonra doğrayıb qazana yığırıq.Üstünə çıxanadək su tökürük.Tam yumşalanadək bişiririk.Hazır olduqda blenderdən keçiririk.Tavada yağı qızdırırıq. Unu əlavə edib qovururuq.Qovrulmuş unu yeməyə əlavə edib qarışdırırıq. Qatı olsa az su əlavə edirik.2-3 dəqiqə ocağın üstündə bişirib götürürük. İçinə krem qaymağı əlavə edib qarışdırırıq.Zövqə görə duz və istiotunu əlavə edib yeməyi süfrəyə veririk.

Nuş olsun!

brokolidən sup necə hazırlanır, brokoli supunu hazırlamaq qaydası

Comments

comments