Ərzaqlar:

4 ədəd yumurta
1 st şəkər tozu
200 qr. xama
200 qr. kərə yağı
2 st. un
1 paket vanil
1 paket qabartma tozu

Hazırlanması:

Şəkər tozu, yumşaq kərə yağı və vanili tam qarışanadək mikserlə çalırıq.

Yumurtaları əlavə edib çalırıq.

Xamanı əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib tam qarışanadək çalırıq.

Soba qablarına xəmiri tökürük. Dəmir qablarda bişirsəniz yağlayıb sonra istifadə edərsiniz.


180 dərəcə qızmış sobada 40-45 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments