Ərzaqlar:
Xəmir üçün:
150 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
2 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
2st un
Ovxantı üçün:
50 q kərə yağı
1/2 st şəkər tozu
1/2 st un
İçlik üçün:
600 q pəhriz kəsmik
3 ədəd yumurta
1/2 st şəkər tozu
2 x.qun ya da buğda nişastası
1 paket vanil
250-300 q moruq
Hazırlanması:
Xəmiri hazırlamaq üçün yumşaq kərə yağını, şəkər tozunu və vanili mikserlə tam qarışanadək çalırıq.
Yumurtaları əlavə edib tam qarışanadək çalırıq.
Qabartma tozunu və unu əlavə edib tam qarışanadək mikserlə çalırıq.
Soba qabına kağız sərib ya da yağlayıb xəmiri yayırıq.
İçlik ərzaqlarını moruqdan başqa hamısını dərin bir qaba töküb mikserlə tam qarışanadək çalırıq.
Moruğu əvvəlcədən təmizləyib yuyub suyu çəkilməyə qoyuruq.
Suyu çəkilmiş moruğu kəsmikli içliyə əlavə edib qaşıqla qarışdırırıq.
Sonra içliyi xəmirin içinə töküb yayırıq.
Ovxantını hazırlamaq üçün un ilə yağı ovuruq. Sonra şəkər tozunu da əlavə edib qarışdırırıq. Ovxantı hazırdır.
Ovxantını kəsmikli içliyin üstünə səpirik.
170-180 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.
İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra çay süfrəsinə veririk.
Nuş olsun!