Ərzaqlar:

300q çəkilmiş ətin bişmiş qiyməsi (ət, soğan, yağ, duz və istiotlu)
3 ədəd baş soğan
3 diş sarımsaq
4-5 ədəd qabaq
2 ədəd pomidor
8 ədəd kartof
100 q sarı pendir
Bitki yağı
Duz
İstiot

Hazırlanması:

Tərəvəzlərin hamısını təmizləyib yuyuruq.
Soğan ilə sarımsağı xırda doğrayıb tavaya tökürük. Üstünə yağ və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Qabaqları halqa doğrayırıq. Sonra duru yağda az qızardırıq. Üstünə duz səpirik.

Pomidoru halqa doğrayıb tavada üstünə az düz səpib iki tərəfli 2-3 dəqiqəlik bişiririk.

Kartofu doğrayıb yağda qızardırıq. Üstünə az duz səpirik.

Qızarmış qabağı soba qabına yığırıq.

Qızardılmış soğan ilə sarımsağı tökürük.

Sonra qızarmış kartofu tökürük.

Kartofun üstündən qiyməni tökürük.

Qiymənin üstünə pomidorları düzürük.

Üstünə sürtgəcdən keçirilmiş pendiri səpib sobaya qoyuruq.

200 dərəcə qızdırılmış sobada pendir əriyib qızılı rəngdə olanadək bişiririk.

Nuş olsun!

Comments

comments